İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də keçiriləcək Azərbaycan-İsveçrə oyununun hakimləri açıqlanıb.
NUHÇIXAN AFFA-ya istinadla xəbər verir ki, oyunun baş hakimi serbiyalı Novak Simovic olacaq. Ona həmyerliləri Svetozar Zivin və Nikola Djoroviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Milos Milanovic yerinə yetirəcək.
Azərbaycan-İsveçrə oyunu Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da saat 20:00-da start götürəcək.