Naxçıvanın “Araz” futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün sonuncu oyununu keçirəcək.
NUHÇIXAN xəbər verir ki, təmsilçimiz Ukrayna çempionu “Xerson”la qarşılaşacaq.
Bakı vaxtı ilə saat 19:30-da başlayacaq oyunu israilli baş hakim Moşe Bohbot idarə edəcək. Ona polşalı Damian Jaruchievicz və moldovalı Viktor Bugenko kömək edəcəklər.
Azərbaycan çempionu Belçikanın “Halle-Gooik” klubuna 5:1, Portuqaliyanın “Benfika” komandasına 7:0 hesabı ilə məğlub olub.