“Avro-2020”: Macarıstan-Azərbaycan oyunu başa çatıb - YENİLƏNİB

A- A A+

2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də keçirilən Macarıstan-Azərbaycan oyunu başa çatıb.

NUHÇIXAN xəbər verir ki, Budapeştdə, “Groupama Arena”da baş tutan oyunda komandamız minimal hesabla məğlub olub (1:0). Oyunun son dəqiqələrində milli komandamızın futbolçusu Bəhlul Mustafazadə fərqlənib. Lakin hakim əllə oyuna işarə edərək qolu qeydə almayıb. Milli komandamızın futbolçuları hollandiyalı baş hakimə etirazını etsə də, qərar dəyişilməyib.

Hazırda “E” qrupunda Macarıstan 12 xalla 2-ci yerə yüksəlib. Azərbaycan isə 1 xalla 5-ci pillədə qərarlaşıb.
Qrupun digər oyununda Uels seçməsi öz meydanında Xorvatiya yığmasını qəbul edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: