Cəlilabadda kross qaçışı üzrə Azərbaycan çempionatına yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, çempionatda 100-ə yaxın atlet 8 məsafə üzrə mübarizə aparıb.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının yetirməsi Əmrah Nağıyev də iştirak edib. 10 km məsafəyə qaçışda idmançımız rəqiblərini qabaqlayaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb. Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom və medallar təqdim edilib.
Yarışı uğurla başa vuran atletimiz gümüş medalla muxtar respublikaya qayıdıb.