“Avro 2020”nin bütün oyunlarında səsli-izahlı şərhçilik təmin olunacaq

199

CAFE şirkəti UEFA ilə əməkdaşlıq çərçivəsində futbol üzrə “Avro 2020”nin bütün oyunlarında səsli-izahlı şərhçiliyi təmin edəcək.

NUHÇIXAN AFFA-ya istinadla xəbər verir ki, CAFE şirkəti “Alan March Sport Ltd”nin mütəxəssis təlimçiləri ilə əməkdaşlıq çərçivəsində “Avro 2020”nin ev sahibliyi etdiyi şəhərlərdə ikigünlük təlim seminarları keçirir. Futbolu sevən və iştirak etmək istəyən hər kəs müraciət edə bilər.

Şərhçi olmaq üçün təcrübə və ingilis dili vacib deyil.

Təlimi uğurla başa vuranlar isə “Avro 2020”də şərhçi olmaq şansına malik olacaqlar. Təlim seminarı noyabrın 11-12-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Seminarda iştirak etmək üçün yaş və əlaqə məlumatları, eləcə də sevimli futbol anlarından birini təsvir edən ümumi 30 saniyəlik audioklipi [email protected] elektron poçtuna göndərmək lazımdır. e-mailin mövzu hissəsində “BAKU 2020” yazısını qeyd etmək mütləqdir.

Oktyabrın 17-si müraciətlərin son tarixidir.

Seminar baş tutduqdan sonra şərhçilik bacarıqlarının daha da inkişaf etdirilməsi üçün bir sıra ev tapşırıqları veriləcək. Yekunda iki şəxs Bakıda keçiriləcək “Avro 2020” oyunlarında şərhçilik üçün seçiləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: