Oktyabrın 15-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin səkkizinci turuna yekun vurulacaq.
NUHÇIXAN xəbər verir ki, turun üçüncü oyun günündə F, J, D və G qruplarında, ümumilikdə, 9 qarşılaşma oynanılacaq:
D qrupu
Cəbəllütariq – Gürcüstan;
İsveçrə - İrlandiya.
Qrupdakı vəziyyət: İrlandiya – 12 xal (6 oyuna), Danimarka - 12 (6), İsveçrə - 8 (5), Gürcüstan – 5 (6), Cəbəllütariq – 0 (5).
F qrupu
Farer Adaları – Malta;
Rumıniya – Norveç;
İsveç – İspaniya.
Qrupdakı vəziyyət: İspaniya – 19 (7 oyuna), İsveç - 14 (7), Rumıniya – 13 (7), Norveç - 10 (7), Malta - 3 (6), Farer Adaları - 0 (7).
G qrupu
İsrail – Latviya.
Qrupdakı vəziyyət: Polşa - 19 xal (8 oyuna), Avstriya - 16 (8), Şimali Makedoniya - 11 (8), Sloveniya - 11 (8), İsrail - 8 (7), Latviya - 0 (7).
J qrupu
Finlandiya - Ermənistan;
Yunanıstan - Bosniya və Herseqovina;
Lixtenşteyn – İtaliya.
Qrupdakı vəziyyət: İtaliya – 21 (7 oyuna), Finlandiya – 12 (7), Ermənistan - 10 (7), Bosniya və Herseqovina – 10 (7), Yunanıstan – 5 (7), Lixtenşteyn –2 (7).