“Naxçıvan kuboku-95”-in növbəti oyunları keçirlilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, futbol üzrə “Naxçıvan kuboku-95” beynəlxalq turnirinin növbəti oyunları Şərur Olimpiya İdman Kompleksinin stadionunda baş tutub. Turun 2-ci oyun günündə ilk olaraq meydana Bakının “Rekord” və Özbəkistanın “Əndican” komandaları çıxıblar. Görüş “Əndican” klubunun 7:2 hesablı qələbəsi ilə yekunlaşıb. Növbəti oyunda Bakının “Qarabağ” və Özbəkistanın “Qaraqalpakstan” komandaları üz-üzə gəlib. İlk hissə qonaq komandanın üstünlüyü ilə yekunlaşsa da, ikinci hissədə daha yaxşı oyun nümayiş etdirən “Qarabağ” 2:1 hesablı qələbə ilə ayrılmağı bacarıb.

Sabah 3-cü turun oyunları keçiriləcək. “Əndican”-“Qarabağ” la ,“Araz-Naxçıvan” -“Qaraqalpakstan”la qarşılaşacaq.

Əli İbrahimbəyli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: