Poliatlon çoxnövçülüyü üzrə çempionatın qalibləri müəyyənləşib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika çempionatı keçirilib.

Birincilik Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə reallaşıb. Yarışda Naxçıvan şəhəri ilə yanaşı, Babək, Culfa, Ordubad, Şahbuz, Şərur, Sədərək və Kəngərli rayonlarının da komandaları iştirak edib. Komandalar bu yarışda əlavə olaraq atıcılığın tir növündə də mübarizə aparıblar.

Yekun nəticəyə əsasən Babək rayonunun komandası I, Naxçıvan komandası II, Ordadubad rayonunun komandası isə III yerin qalibi olublar. Qeyd edək ki, qalib komanda Xaçmaz rayonunda keçiriləcək poliatlon üzrə Azərbaycan birinciliyində iştirak etmək hüququ qazanıb.

Sonda qaliblərə təşkilatçıların  kubok və diplomları   təqdim edilib.  

 

                                                                             Əli İbrahimbəyli

                                                                          

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: