Futzal üzrə Azərbaycan millisinin Bakıda təlim-məşq toplanışı başlayıb

A- A A+

Dünya çempionatının əsas mərhələsinin oyunlarına hazırlaşan futzal üzrə Azərbaycan milli komandasının oktyabrın 16-da Bakıda təlim-məşq toplanışı başlayıb.

NUHÇIXAN xəbər verir ki, toplanışa Rövşən Hüseynli (“Araz”), Elnur Zamanov (“Neftçi”), Kamran Hacıyev, Nihad İsmayılov, Xətai Bağırov, İsa Atayev, Rizvan Fərzəliyev, Ramiz Çövdarov (hamısı “Araz”), Vitali Borisov (“Marafon”), Faiq Əliyev (EKOL), Oktay Rüstəmli (“Neftçi”), Teles Martins Thiaqo (“Norlisk Nikel”, Rusiya), Kardoso Everton (“Levante”, İspaniya), Melo Borges Eduardo (ACCS, Fransa), Oliveira Do Naskimento Villiams (“Alarabi Sporting”, Küveyt), Karvalho Vilela Dos Santos (“Copagril”, Braziliya), Hadi Ahmadi, Vahid Şafiei, Amir Shojaei (hər üçü “Araz”) və Eşagh Surghali (klubsuz) dəvət olunublar.

Bakı İdman Sarayında təşkil olunacaq əsas mərhələdə millimiz Moldova, Monteneqro və Slovakiya yığmaları ilə qarşılaşacaq.

Futzalçılarımız oktyabrın 23-də Moldova, ertəsi gün Monteneqro, ayın 26-da isə Slovakiya yığmaları ilə üz-üzə gələcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: