İspaniya çempionatının IX turunda “Barselona” və “Real Madrid” komandaları arasında keçiriləcək oyunun yerini dəyişə bilər.
NUHÇIXAN xəbər verir ki, İspaniya çempionatının rəhbərliyi siyasi liderlərin məhkəmə hökmlərinə etiraz əlaməti olaraq Barselonada keçirilən aksiyalara görə kluba müvafiq sorğu göndərib.
Görüşün oktyabrın 26-da “Nou Kamp”da keçirilməsi nəzərdə tutulub. Ancaq təşkilatçı qurum şəhərdəki gərgin vəziyyətin belə vacib görüşün keçirilməsinə mənfi təsir göstərə biləcəyindən qorxur. Ona görə də klublara oyunların yerlərini dəyişdirmək təklif olunub. Yəni “Barselona”nın ikinci dövrədə “El-Klassiko”ya ev sahibliyi etməsi uyğun görünür.
Qeyd edək ki, hazırda “Real Madrid” 18 xalla İspaniya çempionatının turnir cədvəlində birinci, “Barselona” isə 16 xalla ikinci pillədə qərarlaşıb.