Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Hollandiyanın “Ayaks” komandasını 68 min avro məbləğində cərimə edib. Buna səbəb Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda İspaniyanın “Valensiya” komandasına qarşı onun meydanında keçirilən matçda (3:0) “Ayaks” azarkeşlərinin nalayiq davranışı olub.
NUHÇIXAN UEFA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, oktyabrın 2-də keçirilmiş matç zamanı qonaq komandanın azarkeşləri tribunalarda kütləvi iğtişaşlar törədib və stadiona maddi ziyan vurublar. UEFA “Ayaks” komandasının rəhbərliyindən tələb edib ki, Amsterdam klubunun azarkeşləri tərəfindən vurulmuş ziyanın kompensiyaya edilməsi məsələsi barədə “Valensiya” ilə əlaqə saxlasınlar.
“Ayaks” pul cəriməsi ödəməkdən əlavə, Çempionlar Liqasında ən yaxın vaxtlarda özgə meydanlarında keçirəcəyi iki matça bilet satmaq hüququndan mərhum edilib. UEFA Hollandiya komandasına bir il sınaq müddəti təyin edib.
“Ayaks” komanda üzvlərinin nalayiq davranışına, dəqiq desək futbolçuların kobud oyununa görə daha 18 min avro məbləğində cərimə edilib. Sözügedən matçın gedişində Niderland klubunun futbolçularına altı dəfə sarı vərəqə göstərilib.
Portuqaliyanın “Vitoriya” komandası da 50 min avro cərimə edilib. Bu komandanın öz meydanında Almaniyanın “Ayntraxt” komandasına qarşı keçirdiyi matçda yerli azarkeşlər meydana kənar əşyalar atıb və pirotexnikadan istifadə ediblər. Almaniya komandasının azarkeşləri isə, öz növbəsində, stadiona maddi ziyan vurub və kütləvi iğtişaşlar törədiblər. Buna görə klub özgə meydanlarında keçirəcəyi bir oyuna bilet satmaq hüququndan məhrum edilib. “Ayntraxt” “Vitoriya”ya vurulmuş ziyanı da ödəməlidir.
Almaniyanın “Borussiya” (Dortmund) komandası Çexiyanın “Slaviya” komandasının meydanında keçirdiyi matçda azarkeşlərin nalayiq davranışına görə təqribən 30 min avro məbləğində cərimə edilib. Almaniya komandasının fanatları pirotexnikadan istifadə edib, meydana kənar əşyalar atıb, stadiona maddi ziyan vurublar. UEFA “Borussiya”nın həmin ziyanı ödəməsini tələb edib.