“Avro 2020”nin rəsmi topunun fotoları yayımlanıb - FOTOLAR

A- A A+

Futbol üzrə “Avro 2020”nin final mərhələsinin oyunları üçün xüsusi hazırlanmış rəsmi topun fotoları yayımlanıb.

NUHÇIXAN xəbər verir ki, “Adidas Uniforia” adlanan topun fotolarını “Footy Headlines” portalı paylaşıb. Bu top 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının oyunlarında istifadə olunan “Telstar” topuna bənzəyir. Top rəsmi olaraq noyabrda təqdim ediləcək.

Xatırladaq ki, “Avro 2020”nin qrup mərhələsinin üç oyunu və dörddəbir final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: