Oktyabr 19-da futbol üzrə Türkiyə Superliqasının səkkizinci turu çərçivəsində "Beşiktaş" komandası"Ankaragücü"nün qonağı olub.
NUHÇIXAN xəbər verir ki, "Osmanlı" stadionunda baş tutan görüşdə hər iki tərəf qapısını toxunulmaz saxlaya bilib.
Digər qarşılaşmada isə "Trabzonspor" doğma meydanda "Qaziantep"i qəbul edib. Görüşdə hesabı 9-cu dəqiqədə "Trabzonspor"un hücumçusu Daniel Sturrudge açıb. Bundan beş dəqiqə sonra Aleksander Sorlot hesab arasındakı fərqi iki topa çatdırıb. İkinci hissənin 54-cü dəqiqəsində "Qaziantep"in hücumçusu Cefferson hesabdakı fərqi minimuma endirib. Lakin meydan sahibləri 76 və 81-ci dəqiqələrdə Jose Sosa və Yusif Sarının vurduğu iki qol sayəsində böyük hesablı qələbəni təmin ediblər - 4:1.
"Başakşəhər" öz meydanında "Göztəpə"yə 2:1 hesabı ilə qalib gəlib. "Gənclərbirliyi" isə səfər oyununda "Antalyaspor"u darmadağın edib - 0:6
Hazırda "Trabzonspor" 15 xalla çempionatın lideridir. Bir oyun az keçirmiş "Alanyaspor" turnir cədvəlində ikinci, "Başakşəhər" isə üçüncü pillədə qərarlaşıb.