Türkiyə Superliqası: “Fənərbağça” səfərdə “Dənizlispor”u məğlub edib

A- A A+

Oktyabr 20-də futbol üzrə Türkiyə Superliqasının VIII turu çərçivəsində keçirilən oyunlarda “Fənərbağça” səfərdə “Dənizlispor”un qonağı olub.

NUHÇIXAN xəbər verir ki, görüş hər iki tərəfin hücumları ilə yadda qalıb. Görüşdə hesabı 39-cu dəqiqədə İstanbul klubunun yarımmüdafiəçisi Tolqa Ciyərçi açıb. Birinci hissə elə bu hesabla bitib. İkinci hissənin 62-ci dəqiqəsində istanbullular yenidən hesabda irəli keçiblər. Vedat Muruqi komandasının ikinci qolunu vurub. Meydan sahibləri isə 73-cü dəqiqədə Oskar Estupinanın qolu sayəsində hesab arasındakı fərqi minimuma endirib. Bu oyunda vurulan son qol olub. Beləliklə “Fənərbağça” səfərdə 2:1 hesablı ilə “Dənizlispor”u məğlub edib.

Günün digər qarşılaşmasında isə “Alanyaspor” doğma meydanda “Rizəspor”u qəbul edib. Görüş meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə bitib. “Kayserispor” və “Kasımpaşa” oyununda isə qalib müəyyənləşməyib 1:1.

Bu oyundan sonra “Alanyaspor” çempionatda 17 xalla liderdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: