Oktyabrın 20-də İngiltərə Premyer Liqasının 9-cu turunun mərkəzi qarşılaşması keçirilib.
NUHÇIXAN xəbər verir ki, “Mançester Yunayted” öz meydanında turnir cədvəlinin lideri “Liverpul” klubunu qəbul edib.
Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.
Oyunda hesabı 36-ci dəqiqədə Mançester təmsilçisi Markus Reşford açıb. Fasilədən sonra qonaqlar hesaba tarazlıq gətirib. Adam Lallana fərqlənib.
“Liverpul” cari mövsüm ilk dəfədir xal itkisi ilə üzləşir. Mersessayd təmsilçisi 8 turun hamısında qələbə qazanaraq turnir cədvəlində 25 xalla liderdir. “Mançester Yunayted” isə 10 xalla 13-cü yerdədir.
Xatırladaq ki, “Liverpul”un çempionluq uğrunda əzəli rəqibi “Mançester Siti” oktyabrın 19-da səfərdə “Kristal Palas” klubu ilə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Mançester təmsilçisinin heyətində Qabriel Jesus və David Silva fərqləniblər.
“Şəhərlilər” bu qələbə sayəsində xallarının sayını 19-a çatdıraraq ikinci pillədəki yerin qoruyub saxlayıb.
Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
“Everton” - “Vest Ham” - 2:0;
“Bormunt” - “Norviç Siti” - 0:0;
“Aston Villa” - “Brayton” - 2:1;
“Çelsi” - “Nyukasl” - 1:0;
“Lester Siti” - “Börnli” - 2:1;
“Tottenhem” - “Vatford” - 1:1;
“Volverhemton” - “Southemton - 1:1.