“Yuventus” futbol klubunun qələbələri bu komandanın portuqaliyalı hücumçusu Kriştianu Ronaldu üçün “Qızıl top” mükafatından daha vacibdir.
NUHÇIXAN xəbər verir ki, Ronaldu özü bu fikri Çempionlar Liqasında “Yuventus” ilə “Lokomotiv” komandası arasında matçdan əvvəl keçirilmiş mətbuat konfransında söyləyib.
“Qızıl top” futbolda ən nüfuzlu fərdi mükafatdır. Bu mükafatı 1956-cı ildə “France Football” jurnalı təsis edib. Ronaldu və argentinalı Lionel Messi qazandıqları “Qırıl top” mükafatlarının sayına görə redkordçulardır: onlar hərəsi 5 dəfə bu mükafata layiq görülüb.
Portuqaliyalı idmançı deyib: “Mənim üçün “Qızıl top” mükafatını kimin qazanacağı əhəmiyyətli deyil. Kollektiv uğurlar bundan qat-qat vacibdir. Sabah biz “Lokomotiv” ilə oynayacağıq. Əgər qalib gəlsək, bizim pley-off mərhələsinə çıxmağımız 50 faiz təmin olunacaq”.
Ronaldu daha sonra vurğulayıb ki, o artıq, öz peşə karyerası ərzində 700 qol həddini aşmasına əhəmiyyət vermir (xatırladaq ki, Ronaldu 700-cü qolu oktyabrın 14-də Avropa çempionatının seçmə raundunda Ukrayna komandası ilə matçda vurub. Ronaldu deyib: “700 top vurmaq həddi artıq geridə alib, lakin mənim üçün bu, prioritet məsələ deyil. Təkrar edirəm əsas məsələ “Yuventusu”un qələbəsidir”.
34 yaşı hücumçunun fikrincə, futbolda oyunçunun yaşına əhəmiyyət vermək lazım deyil. O deyib: “Mən özümü yaşlı oyunçu kimi hiss edirəm, lakin yaş yalnız rəqəmdir, mən bunu öz oyunumla sizə nümayiş etdirə bilərəm. Uşaqlarım məni məşqlərə getməyə, futbol oynamağa və azarkeşləri sevindirməyə həvəsləndirilər”.
Ronaldu əmin olduğunu bildirib ki, “Yuventus”un onsuz oyunu çox dəyişməyəcək.
O deyib: “Paulo Dibala və Qonsalo İquain ilə bərabər hücumda oynamaq xoşuma gəlir. Onlar, həmçinin Xuan Kuadrado və Federiko Bernardeski matçın taleyini həll edə bilərlər. Ona görə də mənimlə və mənsiz oynayan “Yuventus”u ayrı-ayrı komandalar mən hesab etmirəm. Bu heyətdə hər birimiz xüsusi rol oynayırıq, elə buna gəörə də biz komandayıq”.