Oktyabrın 22-də FIFA və “France Football” jurnalı ilin ən yaxşı futbolçusuna veriləcək “Qızıl top” mükafatına namizədlərin adlarını açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, namizədlər siyahısında aşağıdakı 30 futbolçunun adı yer alıb:
Sadio Mane ("Liverpul", Seneqal), Serxio Aquero ("Mançester Siti", Argentina), Frenki de Yonq ("Ayaks"/"Barselona", Niderland), Uqo Loris ("Tottenhem Hotspur", Fransa), Duşan Tadiç ("Ayaks", Serbiya), Kilian Mbappe ("Pari Sen-Jermen", Fransa), Trent Aleksander-Arnold ("Liverpul", İngiltərə), Donni van de Bek ("Ayaks", Niderland), Per-Emerik Obameyanq ("Arsenal", Qabon), Mark-Andre ter Şteqen ("Barselona", Almaniya), Kriştiano Ronaldo ("Yuventus", Portuqaliya), Alison Beker ("Liverpul", Braziliya), Mateys de Liqt ("Ayaks"/"Yuventus", Niderland), Kerim Benzema ("Real", Fransa), Jorjino Veynaldum ("Liverpul", Niderland), Virdjil van Deyk ("Liverpul", Niderland), Bernardu Silva ("Mançester Siti", Portuqaliya), Son Hın Min ("Tottenhem Hotspur", Cənubi Koreya), Roberto Firmino ("Liverpul", Braziliya), Robert Levandovski ("Bavariya", Polşa), Lionel Messi ("Barselona", Argentina), Riyad Marez ("Mançester Siti", Əlcəzair), Kevinde Bryoyn ("Mançester Siti", Belçika), Kalidu Kulibali ("Napoli", Seneqal), Antuan Qrizmann ("Atletiko"/"Barselona", Fransa), Məhəmməd Salah ("Liverpul", Misir), Eden Azar ("Çelsi"/"Real", Belçika), Markinos ("Pari Sen-Jermen", Braziliya), Joau Feliş ("Benfika"/"Atletiko", Portuqaliya), Rahim Sterlinq ("Mançester Siti", İngiltərə).
"France Football"un versiyasına görə, dünyanın ən yaxşı futbolçusu adı dekabrın 2-də Parisdəki “Şatle” teatrında elan ediləcək. Mükafatların təqdimatı təntənəli mərasimlərin aparıcılarından biri "Çelsi"nin keçmiş hücumçusu Didye Droqba olacaq.
Xatırladaq ki, keçən il "Qızıl top"u "Real"ın və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç qazanıb.