Qardaş ölkənin universitet futbol komandası ilə yoldaşlıq görüşü keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti ilə Qars Qafqaz Universitetinin futbol komandası arasında yoldaşlıq matçı keçirilib.  Naxçıvan Muxtar Respublikasının 95 illiyi münasibətilə keçirilən matç Türkiyənin Qars Qafqaz Universitetində baş tutub. Gərgin mübarizə şəraitində keçən yoldaşlıq görüşü ev sahibinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyundan sonra Azərbaycanın Qars şəhərindəki Baş konsulu  Nuru Quliyevvə qonaqlar ümummilli liderimizin Qars şəhərində əzəmətlə ucalan büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər.

Qars Qafqaz Universitetinin rektoru, professor Hüsnü Kapı Naxçıvanın Türkiyə üçün hər zaman önəmli bir yeri olduğunu vurğulayıb. Rektor muxtar respublikanın yaradılmasının 95 illik yubileyi münasibətilə bütün naxçıvanlıları təbrik edib

 Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: