Radamel Falkao “Real Madrid”lə oyunda meydana çıxmayacaq

A- A A+

İstanbulun “Qalatasaray” futbol klubunun hücumçusu Radamel Falkao UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Real Madrid” komandası ilə oyunda meydana çıxmayacaq.

NUHÇIXAN xəbər verir ki, 33 yaşlı kolumbiyalı hücumçu zədə səbəbindən Madrid klubu ilə matç üçün heyətə daxil edilməyib. Falkao sentyabrın 28-də “Fənərbağça” ilə matçın 90-cı dəqiqəsində zədələnərək meydanı tərk edib.

Xatırladaq ki, “Qalatasaray”–“Real” görüşü oktyabrın 22-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: