Fransanın “Paris Sen-Jermen” futbol klubunun hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının qrup mərhələsində “Brügge” komandasına qarşı keçirilən matçda (5:0) rekorda imza atıb.
NUHÇIXAN xəbər verir ki, matçın 61-ci dəqiqəsində meydana daxil olan fransalı hücumçu het-trik edərək qitənin ən nüfuzlu çempionatında qollarının sayını 15-ə çatdırıb. Bununla da o, turnirdə 15 qol həddinə çatan ən gənc futbolçu adına yiyələnib.
Mbappe buna 20 yaş 306 günlüyündə nail olub. Onadək sözügedən rekord “Barselona”nın hücumçusu Lionel Messiyə məxsus idi. Argentinalı futbolçu 21 yaş 288 günlüyündə bu rekordu müəyyənləşdirib.