2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsi çərçivəsində futzal üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək.
NUHÇIXAN xəbər verir ki, komandamız saat 20:00-da Bakı İdman Sarayında Monteneqro futzalçıları ilə qarşılaşacaq.
“İdman TV”dən canlı yayımlanacaq oyunun baş hakimi almaniyalı İngo Heemsoth olacaq. Ona çexiyalı Ondrey Çerni və portuqaliyalı Migel Kastilyo kömək edəcəklər.
Qarşılaşmanın hakim-inspektoru Qalan Nieto Pedro Angel (İspaniya), UEFA nümayəndəsi isə Assem Kujanova olacaqlar.
Millimiz ilk oyununda Moldova yığmasına 3:1 hesabı ilə qalib gəlib.