Oktyabrın 24-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü turunun ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.
NUHÇIXAN UEFA-nın saytına istinadla xəbər verir ki, qrup mərhələsinin üçüncü turunun qarşılaşmalarında apardıqları mübarizəyə görə həftənin ən yaxşı futbolçusu adına fransalı Kilyan Mbappe (“Paris Sen-Jermen”), ingiltərəli Rahim Sterlinq (“Mançester Siti”), argentinalı Paolo Dibala (“Yuventus”) və “Liverpul” klubunun hücumameyilli yarımmüdafiəçi Aleks Oksled-Çemberleyn iddialıdırlar.
Qeyd edək ki, qaliblər UEFA-nın saytında aparılan səsvermə nəticəsində oktyabrın 24-də müəyyənləşəcək.