İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi üçün UEFA Çempionlar Liqasının üçüncü turunda Çexiyanın “Slaviya Praqa” komandasına qarşı keçirdiyi oyun əlamətdar olub.
NUHÇIXAN xəbər verir ki, argentinalı UEFA Çempionlar Liqasında ardıcıl 15 mövsümdə qol vuran ilk futbolçu adına yiyələnib.
Messi ilk dəfə 2005-ci il noyabrın 2-də Yunanıstanın “Panatinaikos” klubuna 5:0 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənib. Hazırda aktivində 113 qolu olan argentinalı forvard yalnız Kriştiano Ronaldodan (127 qol) geri qalır.
Qeyd edək ki, Lionel Messi bu mövsüm UEFA Çempionlar Liqasında ilk qolunu “Slaviya”nın qapısından keçirib. Hazırda “Barselona” F qrupunda 7 xalla qrup lideridir.