Paralimpiyaçımızdan uğurlu nəticə - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Bakı şəhəri “Zirvə” idman klubunda “Para Pauerliftinq” üzrə açıq respublika çempionatı keçirilib. Çempionatda Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının idmançısı Telman Şirinov da öz qüvvəsini sınayıb. Paralimpiyaçımız 76 kq çəki dərəcəsində çıxış edərək toplamda 100 kiloqramlıq çəkinin öhdəsindən gəlib. Bu nəticə ilə idmançımız 3-cü yerə layiq görülərək, bürünc medal qazanıb.

                                                                          Əli İbrahimbəyli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: