Azərbaycan millisi FİFA reytinqində 21 pillə irəliləyib

A- A A+

FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 21 pillə irəliləyib. Hazırda 321 xala malik komanda 105-ci pillədə qərarlaşıb.

İyunun 9-da Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirəcək Latviya 10 pillə irəliləyib. Bu komanda 230 xalla 129-cu pillədədir.

Yığmanın Millətlər Liqasındakı rəqibləri də yüksəliş əldə ediblər. 3 pillə irəliləyən Farer adaları millisi 376 xalla 90-cı, 11 pillə irəliləyən Kosovo 197 xalla 141-ci, 1 pillə irəliləyən Malta 65 xalla 184-cü yerdədir.

Qeyd edək ki, siyahıya 1558 xala malik Almaniya başçılıq edir. 1431 xala malik Braziliya 2-ci, 1298 xalı olan Belçika 3-cüdür. 1 pillə geriləyən Türkiyə 706 xalla 38-ci, 4 pillə geriləyən Rusiya 457 xalla 70-ci mövqeyə enib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: