UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin üçüncü turu çərçivəsində “Qarabağ” komandası APOEL ilə oyunda hesabı bərabərləşdirib.
NUHÇIXAN xəbər verir ki, fasilədən sonra var gücü ilə irəli atılan “Qarabağ” matçın 58-ci dəqiqəsində oyunda tarazlığı təmin edib. Dani Kintananın cinah ötürməsindən sonra Ailton Silva dəqiq baş zərbəsi ilə rəqib qapısına yol tapıb – 2:2.