Böyüklər arasında Futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatının püşkatması olub

A- A A+

Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında Naxçıvan Futbol Federasiyasının iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, şəhər və rayon İdman idarələri rəislərinin, futbol üzrə uşaq və böyük komandaların baş məşqçilərinin iştirak etdikləri iclasın gündəliyində yeni məşqçilərin təyinatı, eyni zamanda, böyüklər arasında futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatının püşkatması olub.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov və Futbol Federasiyasının sədr müavini Sakit Rzayev yeni başlayacaq 18-ci muxtar respublika çempionatında komandalara uğurlar arzulayıblar. Qeyd olunub ki, cari çempionatın reqlamentində dəyişikliklər edilib.

Yeni qaydalar haqqında məlumat verən federasiyanın sədr müavini bildirib ki, artıq çempionat iki zona – Mərkəz və Qərb zonaları üzrə keçiriləcək. Müvafiq olaraq 3 və 4 dövrədən ibarət keçiriləcək çempionatın sonunda turnir cədvəlində 1 və 2-ci yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Burada qalib olan komanda isə muxtar respublikanı Azərbaycan Region Liqasında təmsil edəcək. İclasda, eyni zamanda, oyun protokollarının ümumi mərkəzləşdirilmiş formada olacağı da diqqətə çatdırılıb.

Sonra yeni mövsümün püşkü atılıb. Əsasnaməyə uyğun olaraq Mərkəz zonada “Araz-Naxçıvan”, “Culfa”, “Ordubad”, “Babək” və “Şahbuz”, Qərb zonada isə “Naxçıvan Dövlət Universiteti” (NDU), “Şərur”, “Kəngərli” və “Sədərək” komandaları mübarizə aparacaq. İlk turda aşağıdakı komandalar üz-üzə gələcək:

“Culfa”-“Şahbuz”

“Ordubad”-“Babək”

“Kəngərli”-“Sədərək”

NDU-“Şərur”

İlk turun oyunları gələn həftə keçiriləcək.

Püşkatmadan sonra uşaq futbolunda çalışacaq məşqçilərin siyahısı açıqlanıb.

Sonda məşqçilərin fikirləri dinlənilib, müzakirələr aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: