Oktyabrın 25-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turundakı oyunların yekunlarına əsasən həftənin ən yaxşı futbolçusu seçilib.
NUHÇIXAN UEFA-nın saytına istinadla xəbər verir ki, İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Rahim Sterlinq səsvermə nəticəsində həftənin ən yaxşı futbolçusu adına layiq görülüb.
İyirmi dörd yaşlı yamaykalı hücumçu komandasının İtaliyanın “Atalanta” klubunu 5:1 hesabı ilə məğlub etdiyi oyunda üç qol vurub və bir məhsuldar ötürmə edib.
Futbolçu səsvermədə “Paris Sen-Jermen”in hücumçusu Kilyan Mbappeni, “Yuventus”un hücumçusu Paolo Dibalanı və “Liverpul”un yarımmüdafiəçisi Aleks Oksled-Çemberleyni qabaqlayıb.