Oktyabrın 25-də UEFA Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turunun ən yaxşı qolu bəlli olub.
NUHÇIXAN UEFA-nın saytına istinadla xəbər verir ki, Almaniyanın “Leypsiq” komandasının hücumçusu Marçel Sabitzerin “Zenit” klubuna vurduğu qol həftənin ən yaxşısı seçilib.
Qeyd edək ki, “Leypsiq” doğma meydanda “Zenit”i 2:1 hesabı ilə məğlub edib. Avstriyalı hücumçu həmin görüşdə komandasının qələbə qolunun müəllifi olub.