Futzal üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşacaq

A- A A+

Futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün Slovakiya yığması ilə qarşılaşacaq.

NUHÇIXAN xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək oyun saat 20:00-da başlayacaq və İdman TV-də canlı yayımlanacaq.

Görüşün baş hakimi çexiyalı Ondrej Çerny olacaq. Ona latviyalı İngus Puriņş və almaniyalı İnqo Heemsoth kömək edəcəklər.

Qeyd edək ki, millimiz Moldova yığmasını 3:1, Monteneqronu isə 3:2 hesabı ilə məğlub edərək dünya çempionatının elit raunduna vəsiqəni təmin edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: