Batumidə komandalararası Avropa çempionatının üçüncü turunda şahmatçılarımızın rəqibləri müəyyənləşib.
NUHÇIXAN xəbər verir ki, kişilərdən ibarət komandamız Ukrayna, qadın yığmamız Avstriya şahmatçıları ilə mübarizə aparacaqlar. Şəhriyar Məmmədyarov Vasili İvançuk, Arkadi Naydiç Yuri Kuzobov, Rauf Məmmədov Andrey Volokitin, Qədir Hüseynov Vladimir Anisçuk, Xanım Balacayeva Veronika Exler, Ülviyyə Fətəliyeva Denise Trippold, Türkan Məmmədyarova Barbara Teuschler, Gülnar Məmmədova Julia Novkoviclə qarşılaşacaqlar.
Qeyd edək ki, kişilərdən ibarət komandamız birinci turda Serbiya (3,5:0,5), ikinci turda Fransa komandalarını (2,5:1,5) məğlub edib. Qadın yığmamız birinci turda Latviya şahmatçılarına böyük hesabla (4:0) qalib gəlsə də, ikinci turda İspaniya yığmasına (0,5:3,5) uduzub.
Xatırladaq ki, kişilərdən ibarət komandamız hazırkı Avropa çempionudur. Yığmamız ümumilikdə 3 dəfə Avropa çempionu olub.