Oktyabrın 26-da futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turuna start veriləcək.
NUHÇIXAN xəbər verir ki, üç günü əhatə edəcək turun birinci oyununda “ASCO Arena”da “Keşlə” – “Qəbələ” komandaları qarşılaşacaqlar. Matçın baş hakimi Rauf Cabbarov olacaq.
Saat 18:00-da “Bank Respublika Arena”da başlayacaq “Sabah” - Zirə” görüşünü Elçin Məsiyev idarə edəcək.
Oktyabrın 27-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Neftçi” oyununda baş hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matç saat 17:30-da başlayacaq.
Tura oktyabrın 28-də keçiriləcək “Qarabağ”-“Səbail” oyunu ilə yekun vurulacaq. Orxan Məmmədovun idarə edəcəyi qarşılaşma saat 19:00-da start götürəcək.
Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
Səkkiz turdan sonra turnir cədvəlinə 22 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 14 xal olan “Neftçi” ikinci, 12 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Səbail” (10), “Sumqayıt” (10), “Zirə” (8), “Qəbələ” (6) və “Sabah” (6) yer alıblar.