UEFA Çempionlar Liqası brendini yeniləyib

A- A A+

UEFA Çempionlar Liqasının brendini yeniləyib.

NUHÇIXAN qurumun rəsmi saytına istinadən xəbər verir ki, yeni brenddə ulduzların əks olunduğu topların xətlərlə birləşməsi daha çox diqqəti çəkir.

Daha çox çevikliyə malik yeni konsepsiyada əsas elementlər - himn, stadion və mükafat saxlanılıb. Brenddə baza dəyərləri qorunmaqla yeni çalarlar əksini tapıb.

Qeyd edək ki, UEFA hər dəfə üçillik kommersiya tsikli ərəfəsində brendin yenilənməsini həyata keçirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: