Çilinin paytaxtı Santyaqoda yeniyetmə və gənclərin Xl dünya çempionatı davam edir.
NUHÇIXAN xəbər verir ki, çempionatın son günü komandamızın daha bir üzvü gücünü sınayacaq. İkiqat dünya ikincisi Fidan Teymurova (50 kq) daha bir titul qazanmaq uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, komandamızın aktivində 4 medal var. Belə ki, 16-18 yaşlı gənclərdən ibarət milli komandanın üzvləri Hüseyn Məmmədli (61 kq) gümüş, Sultan Hüseynov (55 kq), Hüseyn Hüseynzadə (76 kq) və Polina Qurenko (53 kq) isə bürünc medala sahib olublar.