Oktyabrın 27-də futbol üzrə Türkiyə Superliqasının IX turunda İstanbul derbisi baş tutub.
NUHÇIXAN xəbər verir ki, turun mərkəzi görüşündə İstanbulun iki komandası - "Beşiktaş" doğma meydanda "Qalatasaray"ı qəbul edib. Baş hakim Mete Kalkavanın idarə etdiyi görüşdə "Beşiktaş" rəqibini minimal hesabla məğlub edib. Oyunda yeganə qolu meydan sahiblərinin hücumçusu Umut Nayir vurub.
Beləliklə, "Beşiktaş" İstanbul derbisini minimal hesabla qazanıb.
Turun digər oyunlarında "Yeni Malatyaspor" doğma meydanda "Kayserispor"u darmadağın edib (4:0). "Dənizlispor" isə səfərdə "Gənclərbirliyi"ni 0:2 hesabı ilə məğlub edib. "Göztəpə" və "Kasımpaşa" qarşılaşmasında qalib tərəf qonaqlar olub - 1:4.
Turun digər oyunu oktyabrın 28-də keçiriləcək.