Oktyabrın 27-də İngiltərə Premyer Liqasının 10-cu turunun növbəti oyunu keçirilib.
NUHÇIXAN xəbər verir ki, “Enfild” stadionunda baş tutan görüşdə “Liverpul” öz meydanında “Tottenhem” komandasını qəbul edib.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Mersessayd təmsilçisinin heyətində Jordan Hendersson (56), Məhəmməd Salah (75), qonaqların komandasında isə Hari Keyn (1) fərqlənib.
Bu qələbədən sonra xallarının sayını 28-ə çatdıran “Liverpul” turnir cədvəlində liderliyi davam edir. “Tottenhem” isə 12 xalla 11-ci yerdədir.