Futbol üzrə Azərbaycan yığmasının Latviya millisi ilə keçirəcəyi yoldaşlıq görüşünün hakimləri açıqlanıb.
NUHÇIXAN xəbər verir ki, iyunun 9-da Latviyada oynanılacaq görüşü Belarusdan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Denis Şerbakov olacaq. Ona Yuri Xomçanka və Andrey Xetsikov kömək edəcəklər. Matçın dördüncü hakimi isə Aleksandr Anufriyev olacaq.
Latviya–Azərbaycan yoldaşlıq oyunu iyunun 9-da Riqanın “Dauqava” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.