Türkiyəli idmançı Şahika Ercümen dayvinq üzrə qadınlar arasında yeni dünya rekordu müəyyənləşdirib.
NUHÇIXAN xəbər verir ki, Türkiyənin Mersin şəhərində Gilindire mağarasından suya dalan idmançı bir nəfəsə 100 metr dərinliyə qədər enərək qadınlar arasında əvvəlki rekordu (90 metr) yeniləyib. Ş.Ercümen bu göstərici ilə Ginnes Rekordlar Kitabına düşüb.
İdmançı yeni nailiyyətini Türkiyə Respublikasının qurulmasının 96-cı ildönümünə həsr etdiyini bildirib.