Naxçıvan şahmatçısı Azərbaycan çempionu olub - FOTOLAR

A- A A+

Mayın 29-da Bakıdakı Respublika Şahmat Mərkəzində 8, 10, 12 yaşadək uşaqlar və 14, 16, 18 yaşadək yeniyetmələrin Azərbaycan birinciliyinə start verilib.

NUHÇIXAN xəbər verir ki, turnirin 18 yaşadək qız şahmatçıları arasında yer alan naxçıvanlı idmançı Aynur Kətanova 4 zəka sahibi ilə eyni masanı bölüşüb. İki dövrəli mübarizəyə əsasən 8 tur davam edəcək yarışda Naxçıvan təmsilçisi sona 1 tur qalmış qalibiyyətini rəsmiləşdirib. Belə ki, keçirdiyi 7 görüşdən 5.5 xal toplayan Aynur Kətanova ən yaxın izləyicisini 2 xal qabaqlayaraq son turun nəticəsindən asılı olmayaraq Azərbaycan birincisi adına layiq görülüb.

Qeyd edək ki, son turu iyunun 8-də oynanılacaq birincilikdə Aynur Kətanova ilə yanaşı Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının daha 5 yetirməsi – FİDE ustası Sadiq Məmmədov, Seyid Hüseyn, Ramal Həsənov, Nəsrin Babayeva və Yeganə Əhmədova da mübarizə aparırlar.

Emil Səmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: