Futzal üzrə Yüksək Liqada V turun oyunlarına hakim təyinatları açıqlanıb.
NUHÇIXAN Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, turun oyunları oktyabrın 31-də keçiriləcək.
Tura “Xızı”-“Yasamal” oyunu ilə start veriləcək. Saat 12:00-da başlayacaq görüşün baş hakimi Ramiz Məhərrəmov olacaq.
Saat 14:00-da start götürəcək “Neftçi”-“Baku Fire” qarşılaşması Anar Fərəcova tapşırılıb.
“Premier”-“Araz” oyununda Hikmət Qafarlı ədaləti qoruyacaq. Görüş saat 16:00-da başlayacaq.
EKOL-“Record” arasında keçiriləcək oyuna Əli Cəbrayılov təyinat alıb. Qarşılaşmanın start fiti saat 18:00-da səsləndiriləcək.
Tura “Marafon”-“Bakı” matçı ilə yekun vurulacaq. Saat 20:00-da start götürəcək oyunun baş hakimi Azər Əsgərov olacaq.
Turun oyunları “Olimpik Star”da təşkil olunacaq.
Qeyd edək ki, 12 xala malik “Araz” və “Neftçi” turnir cədvəlində ilk iki pillədə yer alıblar. EKOL isə 9 xalla üçüncü pillədə qərarlaşıb.