Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən kikboksinq üzrə kadetlər arasında muxtar respublika birinciliyi başa çatıb.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən birincilikdə 22 çəki dərəcəsində 110-a yaxın idmançı 7-8, 9-11 və 12-13 yaş qruplarında fərdi mübarizə aparıblar.
Komanda hesabında birinciliyin qalibi “Turan” Fight Klubu olub. Naxçıvan şəhər komandası ikinci, Babək rayon komandası isə üçüncü yerlə kifayətlənib.
Sonda qalib idmançılar və komandalar diplom və medalla mükafatlandırılıblar.