Türkiyənin Çorum şəhərində 16 yaşadək idmançılar arasında Şahmat Olimpiadası start götürüb.
NUHÇIXAN xəbər verir ki, ölkəmiz bu nüfuzlu yarışda iki komanda – “Azərbaycan” və “Azərbaycan-Naxçıvan” ilə təmsil olunur.
“Azərbaycan” komandası Monqolustan, “Azərbaycan-Naxçıvan” isə Qazaxıstan şahmatçıları ilə mübarizə aparırlar.
Olimpiada noyabrın 6-dək davam edəcək.