Oktyabrın 30-da Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasının ikinci turuna start veriləcək.
NUHÇIXAN xəbər verir ki, ölkəmizi bu yarışda təmsil edən 16 yaşadək əsas yığmanın üzvləri – “Azərbaycan” komandası ABŞ, digər yığmamız – “Azərbaycan-Naxçıvan” şahmatçıları Tailand təmsilçiləri ilə mübarizə aparacaqlar.