Oktyabrın 31-də Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasının 4-cü turunun oyunları keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, olimpiadada ölkəmizi təmsil edən 16 yaşadək şahmatçılardan ibarət əsas yığmamız – “Azərbaycan” komandası Kanada, “Azərbaycan-Naxçıvan” isə Çex təmsilçiləri ilə qarşılaşacaqlar.
Qeyd edək ki, “Azərbaycan” komandası birinci turda Monqolustan, ikinci turda ABŞ şahmatçılarına 3:1 hesabı ilə qalib gəlib, üçüncü turda Özbəkistan ilə heç-heçə edib. “Azərbaycan-Naxçıvan” komandası isə Tailand təmsilçilərinə 3,5:0,5, Türkiyə şahmatçılarına 3:1 hesabı ilə qalib gəlib, Qazaxıstan yığmasına məğlub olub (1:3).