Azərbaycan Premyer Liqasında IX turun ən yaxşı futbolçusu müəyyənləşib.
NUHÇIXAN Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının IX turunun ən yaxşı futbolçusu “Neftçi”nin hücumçusu Baqali Dabo seçilib. Fransalı hücumçu “Sumqayıt”a qarşı görüşdə (4:2) 90 dəqiqə meydanda olub, 2 qol və komandasına onbir metrlik cərimə zərbəsi qazandırmaqla yadda qalıb.
Qeyd edək ki, Baqali Dabo IX turun rəmzi komandasında da yer alıb.