FIFA referisi Rauf Cabarov təyinat alıb.
NUHÇIXAN AFFA-ya istinadla xəbər verir ki, o, UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək “Lokomotiv” (Moskva, Rusiya)–“Yuventus” (İtaliya) oyununun baş hakimi olacaq. Ona Namiq Hüseynov və Pərvin Talıbov kömək edəcəklər.
Matç noyabrın 6-da Moskvada təşkil olunacaq.