Türkiyənin Çorum şəhərində 16 yaşlılar arasında təşkil edilən şahmat olimpiadasının 5-ci turunun oyunları keçirilib.
NUHÇIXAN xəbər verir ki, olimpiadada ölkəmizi təmsil edən 16 yaşadək şahmatçılardan ibarət əsas yığmamız – “Azərbaycan” komandası daha bir qələbə qazanıb. Yığmamız İsrail şahmatçılarına 2:5,1,5 hesabı ilə qalib gələrək xalların sayını 9-a çatdırıb. Komandamız 5 turun nəticəsinə görə ikinci yerdədir. “Azərbaycan-Naxçıvan” yığması isə Moldova şahmatçılarına uduzub (1:3).