Futzal üzrə dünya çempionatının elit-raundunun püşkü noyabrın 7-də İsveçrənin Nyon şəhərində atılacaq.
NUHÇIXAN xəbər verir ki, UEFA püşköncəsi komandaları səbətləri bölüb. Millimiz öz qrupunun ikinci komandası olacaq. Bu o deməkdir ki, komandamızla birgə qrupunun ikincisi olacaq İtaliya, Sloveniya və Serbiya rəqibimiz olmayacaq. Qrup birinciləri isə İspaniya, Rusiya, Portuqaliya və Qazaxıstan yığmaları olacaq. Komandalar reytinq cədvəlindəki mövqelərinə uyğun olaraq bu cür təsnifatlandırılıblar.
Elit-raundda iştirak edəcək 16 komada hər birində 4 iştirakçı olmaqla 4 qrupa bölünəcək. Hər qrupda əsas mərhələdə qrup qalibi olmuş 2, bir o qədər də ikinci pilləni tutmuş komanda yer alacaq. Qrup qalibləri elit-raundun püşkü zamanı öz qruplarında 1-ci və 2-ci sırada, əsas mərhələnin “ikinciləri” isə 3-cü və 4-cü sırada qərarlaşacaqlar.
Elit-raundun oyunları 2020-ci il yanvarın 28-dən fevralın 2-dək keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. İkinci pillənin sahibi olacaq 4 komanda pley-off-da üz-üzə gələcək. Pley-off oyunları aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə keçiriləcək. Qaliblər həlledici mərhələdə iştirak edəcəklər. Çempionatın final mərhələsi gələn il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada təşkil olunacaq. Oyunlar “Kaunas Arena”da, “Vilnüs Arena”da və “Klaipeda Arena”da keçiriləcək.