Noyabrın 1-də futbol üzrə Türkiyə Superliqasının X turunun ilk qarşılaşmasında “Qalatasaray” öz meydanında “Rizəspor”u qəbul edib.
NUHÇIXAN xəbər verir ki, “Türk Telekom” stadionunda baş tutan görüş maraqlı hücumlarla yadda qalıb. Görüşün 15-ci dəqiqəsində qonaqların futbolçusu Montassar Talbi topu səhvən öz qapısına göndərib. Cəmi üç dəqiqə sonra isə Raan Babel onbir metrlik cərimə zərbəsindən fərqlənib. Bu qoldan sonra tərəflər çox çalışsalarda qapılara qol vurulmayıb.
Beləliklə, “Qalatasaray” doğma meydanda “Rizəspor”u 2:0 hesabı ilə məğlub edib. Bu oyundan sonra “Qalatasaray” turnir cədvəlində 16 xalla beşinci pillədə qərarlaşıb.
Noyabrın 2-3-4-də keçiriləcək turun digər oyunları aşağıdakılardır:
“Konyaspor” – “Gənclərbirliyi”,
“Alanyaspor” – “Başakşəhər”,
“Trabzonspor” – “Göztəpə”,
“Antalyaspor” – “Beşiktaş”,
“Denizlispor” – “Sivasspor”,
“Kasımpaşa” – “Malatyaspor”,
“Kayserispor” – “Fənərbağça”,
“Ankaragücü” – “Qaziantep”.