Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatı davam edir. NUHÇIXAN-ın məlumatına görə, yarışın üçüncü günündə Azərbaycan millisinin üzvü Məryəm Cəbrayılova da mübarizəyə qoşulub.
69 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz ilk görüşünü türkiyəli Gülüzar Karaya qarşı keçirib. O, 1/8 final mərhələsi çərçivəsində baş tutan döyüşdə rəqibinə 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib.
Cəbrayılova 1/4 finalda almaniyalı Nadine Apetzlə üz-üzə gələcək. Döyüş iyunun 9-da keçiriləcək.